Bakıda dələduzluqda təqsirləndirilən Fəxrəddin Cavanşirovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakıda dələduzluqda təqsirləndirilən Fəxrəddin Cavanşirovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Cinayət işi üzrə 5 zərərçəkmiş var. Fəxrəddin Cavanşirov 2021-ci ilin aprelində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Aparılan istintaqla o, Baş Prokurorluğun İstintaq idarəsində və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan ayrı-ayrı cinayət işləri üzrə icraata xitam verilməsi və seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsinə köməklik göstərəcəyini həmin işlər üzrə təqsirləndirilən şəxslərin yaxınlarına yalandan vəd verərək onlardan guya münasibəti olduğu səlahiyyətli vəzifəli şəxslərə vermək adı ilə ümumilikdə 165 min manat məbləğində pulu almasına, bu qanunsuz əməlləri ilə də vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub. İş üzrə toplanan ilkin sübutlarla Fəxrəddin Cavanşirova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4,312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Kamal Məmmədov