Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İlham Əliyev: Azərbaycan Qazaxıstandakı islahatları dəstəkləyir

765
Paylaş:
İlham Əliyev: Azərbaycan Qazaxıstandakı islahatları dəstəkləyir

Azərbaycan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin liderliyi altında Qazaxıstanda həyata keçirilən siyasi və sosial-iqtisadi islahatları dəstəkləyir.

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada keçirilən AQFET-in VI Zirvə Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: “Prezident Tokayevin bu yaxınlarda Azərbaycana uğurlu rəsmi səfəri çərçivəsində biz ikitərəfli əlaqələrin gündəliyinin cari məsələlərinin məhsuldar müzakirəsini etdik. Azərbaycan Prezident Tokayevin liderliyi altında Qazaxıstanda siyasi və sosial-iqtisadi islahatları dəstəkləyir”.

Paylaş:

Ən son xəbərlər