Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Azərbaycan xalqı Fransanın vasitəçiliyini heç vaxt qəbul etməyəcək”

825
Paylaş:
Deputat: “Azərbaycan xalqı Fransanın vasitəçiliyini heç vaxt qəbul etməyəcək”

“Son dövrlər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ciddi cəhdləri nəticəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Brüssel formatında keçirilən görüşlər, Şarl Mişelin təşəbbüsü münasibətlərin normalaşdırılması istiqamətində mühüm rol oynayır və artıq bəhrəsini, müsbət nəticələrini verməkdədir. Bu gün Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması təkcə regionun deyil, ümumilikdə qlobal təhlükəsiziliyin təmin edilməsinə gətirib çıxaracaq. Bir sıra ölkələr var ki, məhz Brüssel formatını əlinə keçirmək, mənimsəmək, beləliklə də, vasitəçilik rolunu özləri həyata keçirmək istəyirlər. Bunlardan biri və öndə gedəni, açıq şəkildə ermənipərəst siyasəti yürüdən, Ermənistana açıq dəstək verən Fransadır. Azərbaycan ictimaiyyəti ciddi şəkildə Fransanın vasitəçiliyini qınayır. Çünki Fransaya artıq heç bir ümid bəslənilmir. Heç bir halda Azərbaycan xalqı Fransaya inanmır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu gün Fransa erməni lobbisinin təsir dairəsi altındadır: “Açıq şəkildə ermənipərəst mövqedən çıxış edir. 30 il müddətində Azərbaycan ictimaiyyəti yaxşı gördü ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi yalnız və yalnız tarixə qovuşmuş münaqişəni Ermənistanın maraqlarına uyğun həll etmək niyyətindədir. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasının qarşısını alan ölkələrdən birincisi məhz Fransa olmuşdu. 44 günlük Vətən Müharibəsində də gördük ki, Fransa açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirir.  Müharibədən sonra da xüsusən Fransa Prezidenti Emmanuel Makron və digər rəsmilər  Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir, Ermənistanın maraqlarını dəstəkləməyə davam edirdilər. Belə olan halda Azərbaycan ictimaiyyətində Fransaya qarşı ciddi inamsızlıq yaranıb. Haqlı olaraq Azərbaycan xalqı Fransanın vasitəçilik missiyasını qətiyyən qəbul etmir”.

C.Osmanov deyib ki, Fransa qardaş Türkiyəyə də qarşı hər zaman qərəzli mövqedən çıxış edir: “Hətta Türkiyənin Avropa İttifaqına üzvlüyünü əngəlləyən ölkə də məhz ilk növbədə Fransadır. Fransa, eyni zamanda Asiya və Afrika ölkələrində kolonyalist siyasət yürütməklə bu ölkələrdə ciddi problemlər yaradıb, milyonlarla insanın qətlində, bir sıra ökələrin yaşayış tərzinin tamamilə aşağı səviyyəyə düşməsində  günahkardır. Bir sözlə, Fransanın vasitəçiliyini Azərbaycan xalqı heç vaxt qəbul etməyəcək, belə bir niyyəti də yoxdur”

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər