Moskvaya nüvə silahından istifadə ilə bağlı blef etməyə icazə verilə bilməz.
Pravda.az xəbər verir ki, bunu Belçikanın Brügge şəhərində Avropa Diplomatik Akademiyasının açılışında Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.
“Aydın olmalıdır ki, Ukraynanı dəstəkləyənlər, ABŞ, NATO və Aİ də blef etmir. Nüvə hücumunun cavabı olacaq. Əlbəttə, nüvə cavabı deyil, ancaq Rusiya ordusunu məhv edəcək qədər güclü hərbi cavab olacaq”.