Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Hadi Rəcəbli: “Özümü gümrah hiss edirəm, hər gün idmanla məşğul oluram”

1 057
Paylaş:
Hadi Rəcəbli: “Özümü gümrah hiss edirəm, hər gün idmanla məşğul oluram”

“Özümü gümrah hiss edirəm. Hər gün səhər idmanla məşğul oluram, axşamlar da 7 kilometr piyada gəzirəm”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli deyib.

H.Rəcəbli mütəmadi həkim müayinəsindən keçdiyini də qeyd edib: “Son müayinələrin də nəticələri müsbətdir. Bir sözlə, sağlam həyat tərzi sürürəm...”

O, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasiminə qatılmasına da toxunub: “Orada çəkilən fotom müzakirələrə səbəb olub. Narahatlığa əsas yoxdur, hər şey qaydasındadır”.

H.Rəcəbli Ruhəngiz Qasımovanın onun “Lənkəranım” şeirinə də musiqi bəstələdiyini xatırladıb: “Mahnını Gülyanaq və Gülyaz Məmmədovalar oxuyub. Allah Ruhəngiz xanıma rəhmət eləsin!”

Kənan

Paylaş:

Ən son xəbərlər