“Söhbət iqtisadi inkişafdan, xarici investorların Azərbayacana cəlb edilmısindən gedirsə, “Uber” və “Bolt” taksi şirkətlərinin, eləcə də “Yango” və “Maxim”in bizim ölkəyə heç bir xeyri yoxdur. Ziyanı isə çoxdur. Azərbaycanda qazandıqları pulları aparıb xaricdə, bəzən də ermənilərin arasında yeyib kef edirlər, biz də burada hər gün qəzaya baxırıq, sürücülər itin zülmünü çəkir, qəpik-quruşa taksi sürürlər...”
Pravda.az-ın xəbərinə görə, bunu nəqliyyat məsələləri üzrə ekpsert Elməddin Muradlı bildirib.
