10 Oktyabrda Rusiya Federasiyasının Ukrayna ərazilərini münaqişənin əvvəlindən ilk dəfə bu formada geniş miqyaslı bombardman etməsi bütün düynanın gündəminə çevrilib.
Kamran Məmmədli: “Bu müharibə hələ çox davam edəcək və dünyanı daha böyük fəlakətlərlə üz-üzə qoyacaq”
Pravda.az xəbər verir ki, Ağ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli buna münasibət bildirib .
Onun sözlərinə görə, Putinin bu addımı Ukrayna müqavimətini yatırmaqdan daha çox daxili auditoriyaya hesablanıb: “Putinin doğum günündə Ukrayna ordusunun Rusiyanın milyonlarla dollar maliyə hesabına tikdiyi körpünü Krımda partladması, Rusiyanın daxilində geniş ajiotaj yaratmış və Putinin ölkə daxili imicinə zərbə vurub. Təsadüfi deyil ki, Rusiyanın geniş miqyaslı cavabından dərhal sonra RT -nin rəhbəri Marqarita Simonyan , Rus dövlətin nəzarətində olan Lenta.ru nəşri və digər rusyönümlü media agentlikləri Ukrayna şəhərlərinin atəşə tutulmasını Krım körpüsünün partladılmasının qisası kimi dəyərləndirmişdilər. Diqqət çəkən digər məqam isə, bu hücumdan 3 gün öncə Ukraynadakı rus ordusuna Sergey Surovikin yeni komandan təyin edilməsidir . Sergey Surovik İkinci Çeçenistan müharibəsinin iştirakçısı olmuş və yüksək hərbi təcrübəyə malik biridir. Bir çox Rus hərbi ekspertlər Surovikinin cəbhədə situasiyanı yaxşı istiqamətdə dəyişəcəyinə inandığını bildiriblər. Ancaq burada önəmli olan digər məqam isə Surovikin döyüş əməliyyatlarında taktiki nüvə silahından istifadə edilmə konsepsiyasının ideoloqlarından biri olmasıdır. Britaniyanın nüfuzlu “The Mirror” nəşrinin kəşfiyyat məlumatına əsasən Moskvada hərbi çevrilişin hazırlandıqına dair məlumatlar var. Bütün bunların fonunda Putinin bu yeni təyinatı həmçinin Müdafiə Naziri Sergey Şoyqu ilə aralarında bəzi soyuqluğun olması ehtimalını dahada artırır. Fikrimcə, Putin Ukraynada davam edən müharibədə Sergey Şoyqunun fəaliyyətindən (son uğursuzluqlardan) narazıdır və ona əvvəlki kimi daha etimad etmir. Putinin bundan sonraki mühüm taktiki addımlarda veriləcək tapşırıqları ,xüsusəndə bu taktiki nüvə silahının istifadəsi olarsa bir başa Surovik vasitəsi ilə həyata keçirəcəyini düşünürəm. Ancaq bütün bunlara baxmayaraq düşünürəm ki, Surovikin təyinatı uzun müddətli prespektivdə ciddi dəyişikliklərə səbəb olmayacaq və Rusiyanın bucür intensiv hücumları və Ukraynaya gözdağı verməsi müvəqqətidir. Forbes jurnalistlərinin hesablamalarına görə Rusiyanın son hücumları 1(bir) milyard dollara yaxın maliyə itkisi hesabına başa gəlib. Müqayisə üçün qeyd edim ki , Rusiya müharibənin ilk 6(altı) ayında 16,5 milyard dollar həcmində hərbi texnika itirmişdi. Eyni zamanda nəzərə almaq lazımdır ki, Putinin əlində heçdə çoxlu müasir və yüksək dəqiqlikli raketlər qalmayıb və onların sayı məhduddur. Bütün bu faktorları nəzərə alaraq müharibənin intensivliyini yaxın günlərdə yenidən azalacağını düşünürəm. Məsələnin yeganə sülh yolu və dialoq prosesinə qayıtması o halda baş verə bilər ki, hər iki tərəf geriyə addım atmağa və müəyyən güzəştlər etməyə hazır olsun ki, bu da indiki məqamda real görünmür. Rusiyanın tələm tələsik referendum keçirərək işğal etdiyi əraziləri öz tərkibinə birləşdirməsi və dünən NATO-nun baş katibi Stoltenberqin "Ukraynadakı münaqişədə Rusiyanın qələbəsi NATO-nun məğlubiyyəti olacaq, buna yol vermək olmaz" açıqlaması ona işarədir ki ,hər iki tərəf indiki məqamda geri addım atmağı düşünmür. ABŞ-ın Ukrayna üçün hazırladığı lend-liz qanunun yeni qüvvəyə minməsi, NATO gələn həftə nüvə qarşısının alınması məqsədi ilə təlimlər keçirməsi, Rusiyanın müharibəyə yeni komandan təyin etməsi yalnız bir anlama gəlir: Bu müharibə hələ çox davam edəcək və dünyanı daha böyük fəlakətlərlə üz-üzə qoyacaq”.