Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Türkiyədə mədəndəki qəzada ölənlərin sayı 40 nəfərə çatıb - YENİLƏNDİ

986
Paylaş:
Türkiyədə mədəndəki qəzada ölənlərin sayı 40 nəfərə çatıb -   YENİLƏNDİ

Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 40 nəfərə çatıb.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.

O, yaralıların müalicəsinin davam etdiyini xatırladıb.

Nazirin sözlərinə görə, axtarış-xilasetmə tədbirləri davam edir.

***

08:20

Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, yaralılardan 11-nin müalicəsi davam etdirilir.

Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Hazırda axtarış-xilasetmə işləri davam edir.

Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində partlayış baş verən mədənə baş çəkəcək.

Report

***

00:10

Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 14 nəfər həlak olub, 21 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə daxili işlər naziri Suleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.

***

2022-10-14 23:10

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində iki nəfər ölüb.

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, partlayış nəticəsində 20 nəfər yaralanıb.

Nazir əlavə edib ki, hadisə yerinə 31 təcili tibbi yardım avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.

***

21:13

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.


Pravda.az-ın məlumatına görə, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.


Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.


Dağıntılar altında 150-yə yaxın işçinin qaldığı bildirilir.


Haber Global

Paylaş:

Ən son xəbərlər