ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının Nyu-Yorkdakı qərargahının önündə mitinq keçiriblər.
Aksiya Nyu-Yorkun Manhetten rayonunun mərkəzi küçələrindən birində baş tutub.
Azərbaycan, Türkiyə və ABŞ bayraqlarını dalğalandıran mitinq iştirakçıları təşkilatdan Ermənistanın işğalçı və təcavüzkar siyasətinə "dur" deməyi və ermənilərin Azərbaycanın tarixi torpaqlarında törətdiyi cinayətlərə beynəlxalq hüquq müstəvisində cavab verilməsini tələb ediblər.