Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

“Mərkəzi Asiya ölkələrinə SSRİ kimi yanaşmayın” - Rahmondan Putinə müraciət

1 120
Paylaş:
“Mərkəzi Asiya ölkələrinə SSRİ kimi yanaşmayın” -     Rahmondan Putinə müraciət

Tacikistan Prezidenti Emoməli Rəhmon Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Mərkəzi Asiya ölkələrinə SSRİ kimi yanaşmamağa çağırıb.

Bu barədə informburo.kz portalı məlumat yayıb.

MDB Dövlət Başçıları Şurasının sammitində Rusiya liderinə müraciət edən Rəhmon bildirib ki, onun ölkəsi əsas strateji tərəfdaşı olan Rusiya Federasiyasının maraqlarına hörmət edir və ona hörmətlə yanaşılmasını istəyir.

Rəhmon çıxışı zamanı Sovet İttifaqının dağılmasının şahidi olduğunu da qeyd edib:

“İndiki kimi biz şahidi olurduq ki, kiçik respublikalara, kiçik xalqlara diqqət yox idi. Ənənələr və adətlər nəzərə alınmırdı. Onların inkişafı dəstəklənmirdi”.

Qafqazinfo

Paylaş:

Ən son xəbərlər