“Bildiyiniz kimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yaradılıb. Bu qurumun əsas vəzifələrindən biri tenderlərin şəffaflığına nəzarətin təşkil edilməsidir. Doğrudur, mən də sosial şəbəkələrdə bir neçə nazirlik və qurumla bağlı narazılıq postları görmüşəm. Şəxsən bu barədə bir neçə sahibkarla söhbətim olub. Onlar son zamanlar qurumun şəffaflığı təmin etdiyini bildiriblər. Mən iddia etmirəm ki, hazırda bu sahədə tam şəffaflıq təmin olunub. Amma yenə də bu sahədə görülən müsbət irəliləyişləri görməzdən gələ bilmərik”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov ölkədə tenderlərin qeyri-şəffaf həyata keçirildiyi barədə iddialara münasibət bildirərkən deyib.