Reklam

Qərb Ermənistan-Azərbaycan sülh müqaviləsini tələsdirir - Səbəb nədir?

"Qərb Ermənistan-Azərbaycan sülh müqaviləsini tələsdirir. Sülhə çatmaq üçün bu, xalqlarımıza yaxşı tarixi fürsət açır. Amma onu maksimum səmərə ilə istifadə etməkdən ötrü bu tələsikliyin haradan qaynaqlandığı haqda yaxşı düşünməliyik".

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

 

"Rusiya-Ukrayna müharibəsinin başlanacağını bilən ABŞ Talibanla tez-bazar müzakirə aparıb, qopara biləcəyi öhdəlikləri ondan qoparıb, qopara bilmədiklərini isə boş verib müharibəyə 1-2 ay qalmış Əfqanıstanı təcili tərk etdi. Tərk etməsə idi, indi Amerika ordusu Rusiyadan keçən və ya Rusiya nəzarətindəki yollardan çox asılı duruma düşəcəkdi. Elə isə düşünüləsi sual budur: 2023-cü ildə geosiyasi sahədə nələrin baş verəcəyinə Qərbdə əmindirlər ki, Ermənistan-Azərbaycan sülh anlaşmasının təcili, yanvara qədər imzalanması üçün bu qədər səy göstərilir? Tələsdirdiklərinə görə sağ olsunlar, buna söz yox, sülhü hamımız istəyirik. Sadəcə, bunun səbəbi maraqlıdır. Bəzi ehtimallarım var, amma hələ deməyim. Azərbaycan hökumətinə tövsiyəm odur ki, sülh müqaviləsi həqiqi sülh müqaviləsi olmalıdır, yəni qlobal siyasətin Ermənistan-Azərbaycan cinahında lazımi müddət üçün sakitlik təmin edən müvəqqəti, sonradan məzmunu mübahisələndiriləcək daha bir sənəd olmamalıdır. İrəvansa məhz buna çalışır" - İ.Məmmədov qeyd edib.

 

Kənan

Tarix: 15 Oktyabr 2022, 18:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin