"Siyasi partiyalar haqqında" yeni hazırlanan qanun qüvvəyə mindikdən sonra Azərbaycanda bir neçə siyasi partiya birləşə bilər.
Pravda.az xəbər verir ki, fəaliyyəti olmayan, ictimai rəyə təsir etməyən və rəhbəri vəfat etmiş partiyaların daha fəal fəaliyyət göstərən siyasi partiyalara birləşməsi gözlənilir.
Artıq birləşəcək siyasi partiyalardan bir neçəsinin adı məlum olub.
Məlumata görə, Milli Məclisin deputatı Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyası (AVP) ilə Ağasif Şakiroğlunun sədri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) birləşməsi gözlənilir.