“Bill & Melinda Gates Foundation” xeyriyyə fondu Əfqanıstanda poliomielitlə mübarizə üçün müvəqqəti “Taliban” hökuməti ilə əməkdaşlıq edir.
Bunu amerikalı iş adamı Bill Qeyts Böyük Britaniyanın “The Daily Telegraph” qəzetinin saytına müsahibəsində deyib.
Qeyts bildirib ki, fondun tərəfdaşları Qətərdə “Taliban”la görüşüblər. Lakin o, təfərrüatlara varmayıb, ABŞ-ın hərəkata qarşı sanksiyalarını nəzərə alaraq, bu cür təmasları “çox çətin vəziyyət” kimi xarakterizə edib.