Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda küçədə kişiyə hücum edən şəxsə AĞIR CƏZA

812
Paylaş:
Bakıda küçədə kişiyə hücum edən şəxsə     AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən İbrahim Bayramquliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2021-ci il iyulun 24-də paytaxt ərazisində qeydə alınıb.

Belə ki, İbrahim Bayramquliyev küçədə sərxş vəziyyətdə olan Fazil Qaraşova (ad, soyadı şərti) qarşı zor tətbiq edərək ona basqın edib. İbrahim əvvəlcə onu yumruq və təpiklə döyüb, daha sonra zərərçəkmişin üzərində olan pul, mobil telefonunu quldurluq yolu ilə ələ keçirib.

İbrahim Bayramquliyev ümumilkdə Fazil Qaraşova 1200 manat dəyərində ziyan vurub.

Hadisədən sonra İbrahim Gəncə şəhərinə qaçıb və bir müddət orada gizlənib.

O, Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər