Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda avtomobillə ana və qızını vuran Gürcüstan vətəndaşına hökm oxundu

776
Paylaş:
Bakıda avtomobillə ana və qızını vuran Gürcüstan vətəndaşına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sənan Hacıyevin (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə bu ilin aprel ayının 27-də paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, 67 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, Gürcüstan vətəndaşı, 1975-ci təvəllüdlü Sənan Hacıyev idarə etdiyi "Mercedes-Benz 320" markalı avtomobillə yolu keçmək istəyən Z.İbrahimovanı və onun qızını vurub. Nəticədə ana ölüb və qızı xəsarət alıb.

İstintaq dövründə Sənan Hacıyev barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər