“Mən də bu barədə Ana Vətən Partiyasının (AVP) üzvlərindən eşitmişəm. Bu, sıravi üzvlərin təşəbbüsüdür, ya partiya rəhbərliyinin bilmirəm... Amma istənilən halda ölkəmizdə siyasi partiyaların gücü artırılmalı olduğunu düşünürəm. Rəhbərlik etdiyim Gələcək Azərbaycan Partiyasının geniş konsepsiyası, siyasi hədəfləri mövcuddur. Təbii ki, bizə birləşmək istəyən hər bir siyasi partiyaya qucaq açmaq iqtidarındayıq. İstər Ana Vətən Partiyası olsun, istərsə də digərləri...”
Bunu Pravda.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu bildirib.