“Son günlər apteklərdə yod tapılmaması ilə bağlı xəbərləri saytlardan oxuyuram. Özüm bilavasitə bununla rastlaşmamışam, apteklərdən də soruşamamışam. Vətəndaşların lazım oldu-olmadı apteklərdən yodları kütləvi şəkildə alıb evdə toplamaları çox absurd və mənasızdır. Bəziləri iddia edirlər ki, Rusiyanın Ukraynaya nüvə silahı atacağı xəbərindən sonra Azərbaycandakı apteklərdən yod yoxa çıxıb. Yod məhlulunun zərərli radioaktiv şüaların qarşısını aldığı fikri də çox yanlışdır. Kimlərsə belə fikirləri yaymaqla insanlar arasında panikanın yaranmasına səbəb olurlar”.
Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.