Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Aİ-92 istifadə edən sürücülərin nəzərinə: Qatqılar alan zaman diqqətli olun

977
Paylaş:
Aİ-92 istifadə edən sürücülərin nəzərinə:       Qatqılar alan zaman diqqətli olun

Aİ-92 markalı benzindən istifadə edən sürücülərə xüsusi qatqılar təklif edilir. Bildirilir ki, bu qatqıları yanacaq çəninə əlavə edəndə, Aİ-92 təmizlənir, Aİ-95 keyfiyyəti alınır.

Ekspert Eldəniz Cəfərov Pravda.az-a açıqlamasında bildirib ki, Azərbaycanda satılan benzinlə bağlı sürücülərdə müəyyən narahatlıqlar var.

Ekspert təsdiqləyib ki, benzinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sürücülərə müəyyən qatqılar təklif olunur: “Birmənalı deyə bilmərik ki, bu, keyfiyyətli və ya keyfiyyətsizdir, avtomobilə zərər vurur, ya yox. Hər halda satılan hər bir qatqının onu istehsal edən ölkənin, satan şirkətin adına rəsmi sertifikatı mövcud olmalıdır. Sürücülərimizə tövsiyə edirik ki, belə qatqıları istənilən yerdən almadan öncə, mütləq qaydada mənşəyini, mənsubluğunu, keyfiyyətini bildirən sertifikatla tanış olsunlar, sonra alsınlar. Bilmədikləri, tanımadıqları, hətta tanıdıqları şəxslərdən, müxtəlif yerlərdən sertifikatı göstərilməyən, hər hansı sənədi olmayan qatqılar almaqdan çəkinmək lazımdır. Həmin qatqıların Azərbaycan dilində sertifikatı və ya tərcümə olunmuş nüsxəsi yoxdursa, bu, o deməkdir ki, ölkəmizə qeyri-rəsmi daxil olur və dövlət onlara zəmanət vermir”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər