Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Türkiyədə mədəndə partlayış və Kür-Bakı magistral su kəmərində qəza təxribatdır?

963
Paylaş:
Türkiyədə mədəndə partlayış və Kür-Bakı magistral su kəmərində qəza təxribatdır?

Türkiyənin Bartin vilayətində yerləşən mədəndəki partlayış çox sayda insan itkisi ilə nəticələndi. Eyni vaxtda Kür-Bakı magistral su kəmərində qəza baş verməsi və Bakı-Qazax avtomagistralında hərəkətin iflic olması, bunun ardından ötən gün Türkiyənin Adana ərazisində yerləşən zavoddakı güclü yanğın bütün bu hadisələrin qəsdən törədilməsi ilə bağlı müzakirələrə yol açıb. Ard-arda baş verən hadisələr iki qardaş ölkəyə qarşı yönəldilən terror aktı, təxribat kimi dəyərləndirilir.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Pravda.az-a açıqlamasında deyib ki, sözügedən hadisələrin təxribatla əlaqəsi, demək olar, çox azdır.

“Ermənilər və havadarları Azərbaycana və Türkiyəyə təzyiq etmək üçün daha ağır nəticələr yarada biləcək təxribatlara üstünlük verirlər və erməni terror təşkilatlarının buna imkanı kifayət qədərdir. Qeyd olunan hadisələr daha çox istehsal və səhlənkarlıq, bir az da təbii xarakterlidir”, - ekspert bildirib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər