Nobel mükafatçısı, israilli biofizik Mixael Levitt Çində koronavirus infeksiyasının azalmasının “koronavirus pandemiyasının sonunun yaxınlaşdığına” işarə vurduğunu bildirib.
“HaberGlobal” məlumat verir ki, biofizik Çinin Hubey əyalətində yaşayan həmkarları ilə məsləhətləşdikdən sonra araşdırma aparmaq qərarına gəlib.
O, infeksiyaya yoluxanların sayının hər gün 30% artaraq, yayılmanın eyni templə davam etdiyi təqdirdə bütün dünyanın 90 gün ərzində virusa yoluxa biləcəyini qeyd edib. Ancaq Levitt rəqəmlərin artması ilə birlikdə ümumi görüntünün dəyişdiyini anlayıb.