"Ermənistan sülh müqaviləsində bütün məsələlərin birdəfəlik həllini istəmir, Qarabağ məsələsini ayrıca məsələ kimi görür, biz isə bunu haqlı olaraq daxili işimiz hesab etsək də, bölgənin məmləkətə necə və nə vaxt inteqrasiya olunacağı haqqında heç bir “yol xəritəsi” açıqlamırıq, bu isə həm Rusiyaya, həm də Fransanın timsalında Qərbə müdaxilələr üçün açıq qapı qoyur. Sülh müqaviləsində mütləq Ermənistanın Qarabağla birgə Azərbaycanın ərazi bütövlüyünü tanıması qeyd olunmalı, bölgədə yaşayan erməni əsilli azərbaycanlıların ölkənin siyasi, iqtisadi, sosial həyatına inteqrasiyası ilə bağlı yol xətirəsi ilə yanaşı, 1987-ci ildən bəri öz torpaqlarından zorla qovulmuş Ermənistanda yaşamış azərbaycan türklərinin də yaşadıqları torpaqlara qayıtmaq hüququ eyni qaydada yol xəritəsi ilə təsbit-təsdiq olunmalıdır".
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.