Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Tanışını armaturla döyən şəxslə bağlı QƏRAR

680
Paylaş:
Tanışını armaturla döyən şəxslə bağlı     QƏRAR

Bakı Apellyasiya Məhkəməsində tanışını amansızlıqla döyərək xəsarət yetirməkdə təqsirləndirilən Coşqun Novruzovun barəsində olan qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Novruzov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd: Hadisə 2020-ci ilin noyabrında paytaxtın Sabunçu rayonu Bilgəh qəsəbəsində baş verib.

Belə ki, C.Novruzov tanışı Adil Rəhimovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı küt alətlə amansızcasına döyərək ona ağır xəsarət yetirib.

Xəsarət alan şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol təpə gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan başın küt travması diaqnozu qoyulub.

Faktla bağlı C.Novruzov və barəsində Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (Xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

C.Novruzov istintaq və məhkəmə dövründə polis nəzarətində olmuşdu.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər