Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Ərşad Hüseynov: “Şuşa təkcə mədəniyyət beşiyi kimi deyil, həm də cəngavərlər qalası kimi tanıdılmalıdır”

1 030
Paylaş:
Ərşad Hüseynov: “Şuşa təkcə mədəniyyət beşiyi kimi deyil, həm də cəngavərlər qalası kimi tanıdılmalıdır”

“Şuşada sürətlə davam edən bərpa və yenidənqurma işlərinin tərkib hissəsi kimi tanınmış şəxslərə abidələrin qoyulması da zəruridir. Şuşa rəsmən (Prezidentin 7 may 2021-ci il № 2632 Sərəncamına əsasən) ölkəmizin mədəniyyət paytaxtı elan edilsə də, bu gözəl şəhərimizdə təkcə mədəniyyət və incəsənət xadimlərimizn deyil, tarixi şəxsiyyətlərimizin, hərbi sərkərdələrimizin, Vətən üçün qəhrəmanlıq göstərib canından keçən əsgər və zabitlərimizin də möhtəşəm abidələri olmalıdır”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Ərşad Hüseynov bildirib.

Ə.Hüseynov bir sıra şəxsiyyətlərin adlarını təklif edib: “Şuşanən təkcə xanlıqlar dövründə paytaxt olmasını (yəqin ki, Pənahəli xanın və Qarabağ xanlarının memoraial abidəsi olacaq) yox, həm də dövlətçiliyimizin sonrakı dövrlərində də bölgənin vahid siyasi mərkəzi olduğunu vurğulamaq üçün AXC dövründəki Qarabağ General-qubernatorluğunun iqamətgahının binası elə bu adla bərpa edilməli və general-qubernator Xosrov bəy Sultanova layiqli bir abidə ucaldılamlıdır. Məşhur sərkərdə və AXC-nin Hərb naziri Səməd bəy Mehmandarovun möhtəşəm abidəsi də, yəqin ki, olacaq. Əslən Şuşadan olan və vaxtilə erməni terroruna qarşı ən yaxşı mübarizə “resept”ini ortaya qoyaraq "Difai"ni yaratmış, böyük mütəfəkkir, təkcə Azərbaycanda yox, həm də qardaş Türkiyə Cumhuriyyətində məşhur dövlət xadimi olmuş Əhməd bəy Ağaoğlunun da əzəmətli abidəsi Şuşanın ən görkəmli yerlərindən birini bəzəməlidir. Şuşada ucaldılacaq ən möhtəşəm abidə isə 44 günlük Vətən Müharibəsində bu qartal yuvasını düşməndən azad edən əsgər və zabitlərimizin abidəsi olmalıdır. Şuşa başqa görkəmli raixi şəxslərimiz abidələri ilə də bəzədilməlidir. Əminəm ki, çoxlu təkliflər olacaq. Hər bir halda bu gözəl şəhər təkcə mədəniyyət beşiyi kimi yox, həm də cəngavərlər qalası kimi tanıdılmalıdır”.

Kənan

Paylaş:

Ən son xəbərlər