Milli Məclis 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Parlament İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Pravda.az-ın xəbərinə görə, parlamentin sədri Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında təklif edib ki, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin.
Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.