“Azərbaycanda 30 minə yaxın erməni yaşayır. Bu 30 min erməni təkcə Fransaya deyil, elə Ermənistana mesaj göndərməli, etiraz etməlidir ki, onlar görsünlər, Ermənistanda bir azərbaycanlı olmadığı halda Azərbaycanda 30 min erməni var. Və bu ermənilər ölkəmizdə rifah içində, Azərbaycan vətəndaşları necə yaşayırlarsa, elə yaşayırlar”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycanda yaşayan ermənilərin Fransaya qarşı etiraz etməmələrinə görə səslənən iradlara münasibət bildirərkən deyib.