Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Türkiyə MN Azərbaycanı təbrik etdi: Azərbaycanla bir və bərabər olmağa davam edəcəyik
Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:
““Bir millət iki dövlət” prinsipi ilə Azərbaycanla bir və bərabər olmağa davam edəcəyik. Özümüz bir...Sözümüz bir… Gücümüz bir… Qardaş Azərbaycanın Müstəqillik Gününü təbrik edir, Azərbaycan xalqına səmimi salamlarımızı çatdırırıq”.