“Hazırda sülh danışıqlarının getdiyi ərəfədə Ermənistanın sərhədə ağır texnika yığması, şərti sərhədlərimizdə təxribatlara meyillilik göstərməsi onlar adına sui-qəsddir”.
Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış hərbi ekspert Alp Arslan İmamqulu deyib.
Ekspert Ermənistan-Azərbaycan sərhədinə missiyanın yerləşdirilməsi məsələsinə də toxunub: “Nəzərə almaq lazımdır ki, Ermənistan sərhədlərinə hələ də Rusiya Federasiyası nəzarət edir. Ermənistan həm də KTMT-nin üzvüdür. Belə olan halda Qərbə yönəlməsi, mülki missiyanın dəvət olunması və ya gələcəkdə mülki missiyanın hərbi missiya ilə əvəzlənməsinə təşəbbüslərin göstərilməsi Güney Qafqazda Ermənistanın varlığını sual altına qoya bilər”.
Aytəkin Qardaşova