Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Tanışını öldürən gəncə hökm oxundu

914
Paylaş:
Tanışını öldürən gəncə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Babazadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 2021-ci ilin sentyabrında Göyçayda qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü İ.Babazadə tanışı, 1968-ci il təvəllüdlü Əli Əliyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla ona xəsarətlər yetirərək öldürüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Babazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər