Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bəhruz Məhərrəmov: “Müstəqillik prosesinin gedişatı ilə bağlı bəzi insanları xalqımıza qəhrəman kimi sırımaq cəhdləri mövcuddur”

979
Paylaş:
Bəhruz Məhərrəmov: “Müstəqillik prosesinin gedişatı ilə bağlı bəzi insanları xalqımıza qəhrəman kimi sırımaq cəhdləri mövcuddur”

“Bu gün 18 Oktyabr Müstəqilliyimizin Bərpası Günüdür. Bu əlamətdar təqvimdə başda ölkə rəhbərliyi olmaqla Azərbaycan xalqını təbrik edir, Ulu Öndərin bizə bəxş etdiyi siyasi müstəqilliyimizin, cənab İlham Əliyevin təmin etdiyi iqtisadi müstəqilliyimizin əbədi olmasını arzulayıram. Bilirsiniz ki, artıq 31 ildir, müstəqillik prosesinin gedişatı ilə bağlı bəzi insanları xalqımıza qəhrəman kimi sırımaq cəhdləri mövcuddur, amma etiraf edək ki, biz 18 oktyabrda müstəqilliyi tarixi proseslərin təbii axarında, SSRİ-nin dağılması fonunda yenidən əldə etmişik. Hətta cənab İlham Əliyevin Füzuli ictimaiyyəti ilə görüşdə də səsləndirdiyi kimi, bu məsələdə çoxlarından da geri qalmışıq. Digər dövlətlər 1991-ci ilin mart ayından bu prosesə start vermişdi, hətta qonşu Gürcüstan aprel ayında müstəqilliyini elan etdi, hətta Rusiya özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Amma bizim o zamankı “üzdə olanlar” nə edirdi? Faktiki mövcud olmayan SSRİ-nin tərkibində qalıb-qalmamağı müzakirə edirdilər. Hətta bu məsələni referenduma çıxarmağı qərara aldılar. Budurmu qəhrəmanlıq?”

Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.

Deputat vurğulayıb ki, o zaman proseslərdə açıq, aşkar milli mövqe yalnız Heydər Əliyev tərəfindən ortaya qoyulub: “Naxçıvanda referendum ümumiyyətlə rədd edildi. Bu qalsın bir tərəfə, Heydər Əliyev müstəqilliyini 1991-ci ilin martında elan edən Litvadan 4 ay əvvəl,  hələ 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərini çıxarmağa nail oldu, Cümhuriyyətin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Budur müstəqilliyə gedən yol. 18 oktyabr, sadəcə,  bu proseslərin uzun və yersiz çərk-çevirdən sonra gecikmiş rəsmiləşməsidir. Amma problem bununla bitmir. Müstəqillik bərpa edildikən sonra 18 oktyabrı Müstəqillik Günü kimi qeyd etməyə başladılar ki, bu da aşkar formada təxribat idi. Biz əgər Müstəqillik aktında özümüzü xalq Cümhuriyyətinin varisi hesab edirdiksə, deməli əvvəllər müstəqil olmuşuq, 18 oktyabr isə müstəqilliyin 70 ildən sonra bərpa olunduğu gündür. Bu ideoloji təxribatın da qarşını məhz cənab İlham Əliyev aldı. Bu gün Azərbaycan güclü, müstəqil dövlətdir, həm də tarixin heç bir dövründə olmadığı qədər güclüdür. Təmənnamız bu qüdrətin əbədi olmasıdır. Hər bir soydaşımız da dərk etməlidir ki, bu gücün, bu qüdrətin davamlılığının yeganə şərti Heydər Əliyev yolunun və azərbaycançılıq ideologiyasının yaşadılmasıdır. Azərbaycanın güclü olmasını arzu edən hər kəsin də birləşəcəyi, həmrəy olacağı xətt məhz budur. Bunun əksi alternativi yoxdur. Qısaca ifadə etsək, Azərbaycan yalnız və yalnız İlham Əliyevlə güclüdür”.

Kənan

Paylaş:

Ən son xəbərlər