Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

İnstitut: Aİ-92 markalı benzinə hansısa qatqı əlavə edərək Aİ-95 keyfiyyətinin alınması inandırıcı deyil

866
Paylaş:
İnstitut: Aİ-92 markalı benzinə hansısa qatqı əlavə edərək Aİ-95 keyfiyyətinin alınması inandırıcı deyil

Neft-Kimya Prosesləri İnstitutu Aİ-92 markalı benzinə xüsusi qatqılar əlavə edib, tərkibinin təmizlənərək Aİ-95 keyfiyyətinin alınması barədə səslənən iddialara münasibət bildirib.

İnstitutun Laboratoriya müdiri Elgün Həsənov Pravda.az-a açıqlamasında deyib ki, bu, inandırıcı deyil.

“Birincisi, qatqının keyfiyyətinə baxılmalıdır. Tərkibin dəyişməsi əlavə edilən qatqının keyfiyyətindən asılıdır. Aİ-92 markalı benzinə hansısa qatqı əlavə edərək Aİ-95 keyfiyyətinin alınması inandırıcı deyil. Qatqılarla bağlı bizə müraciət olmayıb. Lakin dizelin keyfiyyətinin yoxlanılması ilə bağlı nümunələr daxil olub, yoxlanışlar aparılıb”, - E.Həsənov bildirib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər