“Havalar soyuyur, qışa doğru “Azəriqaz”dan şikayətlər daha da artır. Dəfələrlə səsləndirilib ki, real iş görmək lazımdır, sosial şəbəkələr reklam üçündür və s. Amma heç bir irəliləyiş yoxdur. Qış gəlib, qapımızdadır. Təəssüf ki, kəndlərin qazlaşdırımasına hələ də başlanılmayıb. Həm də qazlaşmış məntəqələrdə yeni məhəllələrin qazlaşdırılması problemi də qalıb. Vətəndaşların bu qurumla bağlı müraciətləri artmaqdadır. Ümid edirəm ki, “Azərqaz” real iş görüb, insanları narahat edən məslələrin həllində iştirak edər”.
Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq Milli Məclisin deputatı Azər Badamov deyib.