“ABŞ prezidenti Co Bayden Demokratlar Partiyasının oktyabrın 13-də keçirilən toplantısında Pakistan barədə sərt açıqlama verib. Ağ Ev sahibi deyib ki, Pakistan dünyada ən qorxulu dövlətlərdən sayılır. Bayden bunu onunla izah edib ki, Pakistanın malik olduğu nüvə silahı dünya üçün guya təhlükə yaradır. Bayden demək istəyib ki, Pakistan nüvə silahı texnologiyalarını ABŞ-a düşmən olan ölkələrlə bölüşə bilər. Halbuki, belə bir fakt yoxdur. Nüvə silahına malik olan dövlətlər qonşuluqlarında nüvə silahı olan ölkələrin olmasını istəmirlər. Misal üçün, İran nüvə silahını əldə etmək üçün Pakistan dəstək istəyə bilərdi. Ancaq bu Pakistanın təhlükəsizlik maraqlarına cavab vermir. Bu açıqlamadan dərhal sonra ABŞ-ın İslamaddakı səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağrılıb və ona Baydenin açıqlamasına aydınlıq gətirilməsi tələb edilib. Baydenin açıqlaması Pakistanın siyasi dairələrində böyük etiraza səbəb olub. Pakistan cəmiyyətində əvvəl də anti-Amerika əhval-ruhiyyəsi mövcud idi, Baydenin açıqlaması və münasibətləri daha da gərginləşdirdi”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Elxan Şahinoğlu bildirib.