Bir müddət öncə şadlıq evlərindən birində keçirilən ad günü mərasimində müğənni İzzət Bağırova görə dava baş vermişdi.
Sonradan İ.Bağırova hücum çəkən məclisdəki bir qrup qonaq və ev sahibi Novruz Aslanlı müğənni ilə görüşüblər. Görüşdə tərəflər biri-birini dinləyib və ədavətə son qoymağa qərar verilib. İ.Bağırov da sözügedən şəxslərdən şikayətçi olmayacağını söyləyib. Hər iki tərəf mübahisənin anlaşmazlıqdan baş verdiyini bildirib və barışıq əldə olunub.