Oktyabrın 19-na olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Pravda.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Qəbələdə 41.0 mm, Oğuzda 40.0 mm, Şəkidə 36.0 mm, Zaqatalada 23.0 mm, İsmayıllıda 21.0 mm, Qaxda 17.0 mm, Balakəndə 15.0 mm, Astarada 14.0 mm, Quba, Qusar, Mingəçevirdə 8.0 mm, Şahdağ, Yardımlı, Yevlax, Kürdəmir, Lerik, Şamaxı, Altıağac, Xaltan, Qrız, Şabran, Göygöl, Qobustan, Tərtər, Gəncə, Naxçıvan, Ağdərə. Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Beyləqan, Bərdə, Cəfərxan, Biləsuvar, Lənkəran, Göytəpədə 6.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 6.0 mm, Sumqayıtda 2.0 mm, Maştağa, Binədə 1.0 mm-dək olub.