Bakı-Sumqayıt yolunda 5 maşına çarpılan avtomobil aşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 18-də magistral yolun Saray postunun yaxınlığından keçən hissəsində qeydə alınıb.
Belə ki, 44-BU-148 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili yüksək sürətdə hərəkətdə olan zaman bir neçə dəfə manevr edib. Daha sonra sürücü avtomobilini ümumilikdə 5 maşına çarparaq onlara ziyan vurub. Nəticədə "Mercedes" idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çarpılıb və aşıb. Sürücü ətrafda olan insanların köməyi ilə maşından çıxarılıb.
Şahidlərin sözlərinə görə, sürücü xəsarət alıb, avtomobilə və ağaca ciddi ziyan dəyib.