Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Xırdalanda kütləvi dava zamanı 2 nəfərin öldüyü məhkəmə qərarı ləğv edildi

1 045
Paylaş:
Xırdalanda kütləvi dava zamanı 2 nəfərin öldüyü məhkəmə qərarı ləğv edildi

Ali Məhkəmədə Xırdalanda iki nəfərin ölümündə, bir neçə nəfərin isə ağır yaralanmasında təqsirləndirilən Tural Quliyev və xuliqanlıqda ittiham edilən Yaşar Mövsümovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Belə ki, ikinci instansiya məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Roman Mirzəyev 2 il, Y.Mövsümov 3 il və T.Quliyev isə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 2020-ci ilin iyul ayında Abşeron rayonu, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsində qeydə alınıb. Bir qrup şəxs arasında kütləvi dava baş verib. Nəticədə Məmməd Məmmədov və Həsən adlı şəxs orada ölüb. 29 yaşlı T.Quliyevlə 29 yaşlı Həsənəliyev İlqar Yaşar oğlu ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Bu iş üzrə daha əvvəl məhkəmənin hökmü ilə digər qrupun üzvlərindən Xəlil Məmmədov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham olunaraq 18 il 6 ay, xuliqanlıqda təqsirləndirilən Bahadur Əliyev isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər