Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: "Ərdoğanın hava limanlarının açılışına gəlməsi Qarabağla bağlı məsələlərin sonuna nöqtə qoyur"

930
Paylaş:
Deputat: "Ərdoğanın hava limanlarının açılışına gəlməsi Qarabağla bağlı məsələlərin sonuna nöqtə qoyur"

"Zəngilan hava limanının açılması Azərbaycanın növbəti uğuru və zəfəridir. Bu layihənin uğurla və tez bir zamanda başa çatması həm də bizi sülhə yaxınlaşdırır".

Pravda.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev bildirib.

R.Nurullayev qeyd edib ki, Türkiyə prezidentinin həm Füzuli, həm də Zəngilan hava limanlarının açılışına gəlməsi isə Qarabağla bağlı məsələlərin sonuna nöqtə qoyur: "Hər bir açılış, məskunlaşma ermənilərin ümidlərini puç edir və onları reallığı qəbul etməyə dəvət edir. Hələ bu lövhə nəyə desən, dəyər: "Welcome to Zangazur". Bəli, Zəngilana xoş gəlmisiniz! Prezident İlham Əliyevə halal olsun".

Kənan

Paylaş:

Ən son xəbərlər