Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Yardımlıda 60 yaşlı qadını mağazada baltalayaraq öldürən məhkəmə qarşısında

860
Paylaş:
Yardımlıda 60 yaşlı qadını mağazada baltalayaraq öldürən məhkəmə qarşısında

Yardımlıda qətl törətməkdə təqsirləndirilən Firqət Məstiyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Cəlil Nəbiyevin icraatına verilib.


Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


Qeyd: Bu il iyulun 6-ı saat 22 radələrində Yardımlı rayonu, Ostair kənd sakini 1962-ci il təvəllüdlü Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında üzərində qətl əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Yardımlı rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyevin qeyd edilən tarixdə Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər