“Ukraynadakı Rusiya işğal qoşunlarının komandanı Surovikin bildirib ki, Xersonla bağlı çətin qərarların qəbulu istisna deyil. Güman ki, şəhərdən və ümumilikdə sağ sahildən çəkiləcəklər. Bəlkə də general artıq belə bir təkliflə Putinə müraciət edib. Son qərarı təbii ki, Putin verəcək. Rus qoşunlarının Dneprin sağ sahilini tərk etməsi əslində hərbi-taktiki baxımdan doğru qərar olardı. Çünki oradakı 20-25 minlik qruplaşmanın durumu ümidsizdir”.
Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.