Milli Məslisin deputatı Tahir Kərimli hər doğulan uşağa 2000 dollar ayrılması təklifini guya nəvələrini nəzərdə tutaraq səsləndirdiyini iddia edənlərə cavab verib.
Tahir Kərimli Pravda.az-a açıqlamasında deyib ki, bu iddia doğru deyil

“Mən təkcə 2021-ci ildə deyil, hər il doğulan uşaqları nəzərdə tutmuşam. Ortalama götürərək dedim ki, 2021-ci ildə 112 min uşaq doğulub. Bu təklif bundan sonra doğulacaq bütün Azərbaycan vətəndaşlarına aiddir. İnsan gərək belə cılız hislərlə yaşamaya. Nəvələrimiz var. Şükür Allaha, çörəkləri də var. Amma istəyirəm, hamının nəvəsinin çörəyi olsun. Hər kəs bilsin ki, Milli Məclisdə deputatın çıxışı heç vaxt izsiz ötüşmür. Təhlil olunur, baxılır, götürülür, zamanı gəldikcə istifadə olunur. İnanıram ki, gələcəkdə bizim təkliflərimiz öz faydasını verəcək”, - deputat bildirib.
Aytəkin Qardaşova