“Mütəxəssislər tıxac probleminin sürətli həll yolu kimi ictimai nəqliyyatın effektiv təşklini təklif edirlər, xüsusən dəmir yolunun gücünün artırılmasını, tramvay və metro nəqliyyatının təşkilini. Amma çox sadə səbəbə görə bu problemin həllini tapacağına inanmıram, hazırda üzləşdiyimiz tıxac probleminin həll olunmaması nə kimsəni vəzifəsindən edəsi deyil, nə də kimsə bu problemə görə səs itirəsi deyil. Daha bir səbəb: qərar qəbul edənlərin heç biri bu problemdən əziyyət çəkmir”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev bildirib.
