Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Ərdoğan: “Qardaşım İlham Əliyevdən soruşdum ki, ATƏT, Avropa Birliyi Qarabağa gəliblər?”

1 015
Paylaş:
Ərdoğan: “Qardaşım İlham Əliyevdən soruşdum ki, ATƏT, Avropa Birliyi Qarabağa gəliblər?”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan qısa zamanda bütün kadrları, başda qardaşım İlham Əliyev olmaqla, Qarabağda atdıqları addımlarla yenidən dirçəlir” dedi.

Pravda.az xəbər verir ki, bunu Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən təkbətək görüşdən sonra mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan Azərbaycanı iki gün əvvəl qeyd olunan müstəqillik günü münasibətilə də təbrik edib: “Bir il ərzində işğaldan azad edilmiş Azərbaycan torpaqlarında ikinci hava limanının istifadəyə verilməsi hər ölkənin belə çətin vəziyyətdən sonra bacaracağı iş deyil. İndi sağıma-soluma baxıram, işğal dövründə Cəbrayıla nələr ediblər. Qardaşımdan (İlham Əliyev-red) soruşdum ki, ATƏT, Avropa Birliyi buraya gəliblər? Ona görə gəlmirlər ki, rəzalətlərini görəcəklər. Gəlib, burada Ermənistanın nə etdiyini görəcəklər. Bu məsələləri Haaqa Ədalət Məhkəməsinə çatdırmaq, təzminat tələb etmək və onları küncə sıxışdırmaq lazımdır”.

Türkiyə lideri qeyd edib ki, İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş bölgələr yenidən ayağa qalxır, burada hər şey yenidən qurulur: “Türkiyə şirkətlərinin belə mühüm layihədə yer alması da bizim üçün qürurvericidir. Biz çox şadıq ki, azərbaycanlı qardaşlarımız azad edilmiş torpaqlara qayıtmağa başlayıblar. Böyük Qayıdış layihəsi çərçivəsində azərbaycanlı qardaşlarımızın “ağıllı kənd” anlayışı ilə salınan kənddə məskunlaşması ilə doğma yurd həsrətinin sona çatdığını görürük”.

Kənan

Paylaş:

Ən son xəbərlər