Şəmkirdə arvadını bıçaqlamaqda təqsirləndirilən Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nural Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası noyabrın 3-nə təyin edilib.
Qeyd: Hadisə bu ilin iyulunda Şəmkir şəhər ərazisində qeydə alınıb.
Belə ki, Şəmkir rayon sakini Elçin Əliyev həyat yoldaşı, 1985-ci il təvəllüdlü Talehə Əliyeva Nizami qızı bədəninin müxtəlif nahiyələrindən çox saylı bıçaq xəsarətləri yetirib. Qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Daha sonra Elçin Əliyevpolis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində qəsdən adam öldürməyə cədd maddəsi ilə ittiham irəli sürülüb.
Elçin Əliyev mədəniyyət evində çalışır.
Kamal Məmmədov