Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda qadını öldürən kişinin məhkəməsi başlayır

851
Paylaş:
Bakıda qadını öldürən kişinin məhkəməsi başlayır

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Sahil Məmmədovun cinayət işi üzrə  məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, bu il iyulun 3-ü 18 radələrində rayonun Zığ qəsəbəsində yaşadığı evdə tanışı olan Sahil Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq xəsarətləri alan 1985-ci il təvəllüdlü Aynurə Əliyarova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, iyulun 5-də xəstəxanada dünyasını dəyişib. 1978-ci il təvəllüdlü Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər