Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Politoloq: “Araz çayının üzərində panton körpülər qoymaq siyasi əxlaqsızlıqdır”

908
Paylaş:
Politoloq: “Araz çayının üzərində panton körpülər qoymaq siyasi əxlaqsızlıqdır”

“Zəngilan Beynəlxalq Hava Limanının açılışı zamanı İranın sərhəddə təlim keçməsi, Araz çayı üzərində “körpü ssenarisi”nə başlaması Azərbaycana qarşı açıq təhdiddir”.

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, 30 il torpaqlarımız işğal altında oldu, 145 kilometrlik sərhəd bölgəsi ermənilərin nəzarətində qaldı və özünü “şiə dünyasının lideri” elan edən İran isə bu müddət ərzində nə bir dəfə sərhəddə təlim keçdi, nə də ermənilərin əleyhinə bir kəlimə söz dedi: “Əksinə, onlara silahla yardım etdi, Ermənistan üçün “nəfəslik” rolunu oynadı, onu lazım olan hər şeylə təmin etdi. Bu, açıq şəkildə göstərir ki, din pərdəsi mollakratiyanın hakimiyyətini, millətçi ideyalarını qorumaq üçün istifadə etdiyi bir metoddur. Bu metoddan isə həmişə ilk növbədə Azərbaycan xalqına qarşı istifadə edir. Sərhəddə hərbi təlim keçirmək, üstəlik Araz çayının üzərindən panton körpülər qoyaraq oradan guya bu ərazilərə qoşun çıxarmaq kimi səfeh, axmaq, alçaq bir fikri nümayiş etdirmək sözün əsl mənasında həyasızlıq, siyasi əxlaqsızlıqdır, qonşu Azərbaycan xalqına qarşı “əzələ nümayişi”dir. İranın içərisi od tutub yanır. 40 milyonluq Azərbaycan xalqının böyük hissəsi ayaq üstədir, mollakratiyaya etiraz edir. İran isə bu etirazların köklərini dərindən araşdırmaq, səbəblərini aradan qaldırmaq əvəzinə, guya sionizm ilə vəhdətdə hərəkət edən Azərbaycanın xaricdə düşmən obrazını yaradır. Bunu oradakı xalqa sırımaq istəyirlər. Bütün bunlar Azərbaycanın bölgədə dinc quruculuq işləri ilə məşğul olduğu, ermənilərin yağmaladıqları, darmadağın etdikləri ərazilərdə öz infrastrukturunu qurduğu zaman baş verir. Azərbaycan bölgədə yeni beynəlxalq hava limanı açır, Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan ora səfər edir, bunlar da tələm-tələsik xarici işlər nazirləri Abdullahianı İrəvana göndərirlər. Beləliklə, sözün əsl mənasında meydan sulamağa çalışırlar. Amma başa düşmürlər ki, bu cür sarsaq hərəkətləri ilə bütün dünyanı özlərinə qarşı çeviriblər”.

Politoloq vurğulayıb ki, İrana qarşı Avropa İttifaqı, ABŞ tərəfindən yeni sanksiya paketi hazırlanır: “ABŞ ciddi surətdə İranı təhdid edir, hələ İsraili demirəm. Bir sözlə, bütün dünyanı özlərinə düşmən etmiş bu adamlar nədənsə Azərbaycanı hədəf üçün seçiblər. Başa düşmürlər ki, Azərbaycanla toqquşsalar, içəridən böyük yara, zədə ala, bununla da onsuz da laxlayan hakimiyyət kürsülərini yerlə-yeksan edə bilərlər. Amma mollakratiya yenə də səfeh fikirlərin içindədir. Təkcə Azərbaycan deyil, Türk Dünyası xalqları, altı türk dövlətinin hamısı İranın səfeh hərəkətlərinə etiraz edir”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər