Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ərdoğan: Qarabağın qısa müddətdə regionun parlaq ulduzuna çevriləcəyinə inanıram

836
Paylaş:
Ərdoğan: Qarabağın qısa müddətdə regionun parlaq ulduzuna çevriləcəyinə inanıram

Azərbaycanın investisiyaları ilə Qarabağın qısa müddət ərzində regionun parlaq ulduzuna çevriləcəyinə inanıram.

Pravda.az-ın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini başa vurarkən jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycanlı qardaşlarımız işğaldan azad etdikləri ərazilərdə başladıqları tikinti və yenidənqurma işlərini sürətlə davam etdirir. Ötən il Şuşa və Füzuliyə səfər zamanı buradakı işlərlə tanış olmuşduq. Bir il sonra Qarabağın gəldiyi nöqtəni görmək, gündən günə inkişafını müşahidə etmək bizi çox məmnun etdi", - deyə R.T.Ərdoğan bildirib.

Paylaş:

Ən son xəbərlər