Amerika və Hindistan alimləri çətin məhv edilən şişləri yox etmək üçün radioaktiv zülal əsaslı gel təqdim ediblər.
Tədqiqatın nəticələri “Nature Biomedical Engineering”də açıqlanıb.
Qamma radiasiyaya əsaslanan və ya sürətlənmiş hissəciklərdən (protonlar, neytronlar və başqaları) istifadə edilən radioterapiyanın mövcud üsulları xərçəng xəstəliyi şişlərinə, lakin eyni zamanda sağlam hüceyrələrə mənfi təsir göstərir. Yeni kəşf qonşu toxumalara nüfuz etmədən neoplazmalara nöqtəli təsir göstərməyə imkan verəcək.