İcmal büdcədə bir neçə milyard manat qalıq yaranıb. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov ''Xəzər Xəbər''ə bildirib ki artıq qalan vəsait sosial yönümlü xərclərə yönəldiləcək. Bu məqsədlə müvafiq tədbirlər görüləcək.
Bu ilin icmal büdcəsində 7 milyard manatdan çox qalıq yaranıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov büdcə proqnozlarına belə aydınlıq gətirib.