İrkutskda “Su-30” qırıcı təyyarəsinin fərdi yaşayış evinin üzərinə düşməsi nəticəsində təyyarənin iki pilotu həlak olub.
Pravda.az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Əhali arasında itki yoxdur.
***
15:11
Rusiyada hərbi təyyarə ikimərtəbəli evin üzərinə düşüb.
Pravda.az-ın xəbərinə görə, hərbi təyyarə İrkutskda ikimərtəbəli evin üzərinə düşüb.
İrkutsk vilayətinin qubernatoru İqor Kobzyev “Telegram”-da paylaşımında bildirib ki, ilkin məlumata əsasən, “Su” qırıcısı bu gün İrkutskda ikimərtəbəli evin üzərinə düşüb, hazırda o, hadisə yerinə gedir.
APA